SUMQAYITIN YENİYETMƏ İDMANÇILARI YENİ YARIŞLARA HAZIRLAŞIRLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın hər yerində olduğu kimi Sumqayıt şəhərində də idman sahəsinə, yeniyetmə və gənclərin idmana həvəsləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Sumqayıtda bir çox idman məktəbi  fəaliyyət göstərir. Həmin məktəblərdən xüsusui qeyd etmək olar ki, 1 saylı Uşaq-Gənclər İdman-Şahmat  məktəbi əldə etdiyi nailiyyətlərə görə, Gənclər və İdman nazirliyi tərəfindən Sumqayıt şəhəri,  1 saylı  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbi statusu alıb. Məktəbin direktoru,    XXVIII Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Sumqayıtın ilk olpimpiya medalçısı, əməkdar idman ustası, AİBA-nın beynəlxalq dərəcəli referisi Fuad Aslanovdur.

F.Aslanov özü də 1987-ci ildən bu məktəbdə boks idman növü ilə məşğul olub və bu məktəbin yetirməsidir.

F. Aslanov Yenilik.Az-a rəhbərlik etdiyi idman məktəbi barədə məlumat verərək bildirib ki, son tədris ilində Təhsil nazirliyinin və şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində məktəb kollektivi xeyli nailiyyətlər əldə edib. Sentyabr ayından İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları məktəbi statusu alan məktəbin direktorunun bildirdiyinə görə, hazırda  burada  14 idman növü üzrə 2000-ə yaxın idmançı şagird, 167 qrup, 87 məşqçi müəllim fəaliyyət göstərir.

Məktəbin yetirmələri Avropa, Dünya və Olimpiya oyunlarının mükafatçısını yetişdirib.Avropa kubokunda cüdo, boks, üzgüçülük, tennis, futbol və s idman növlərində uğurla çıxış edirlər. Bundan əlavə məktəbin yeniyetmə futbolçuları liqa oyunlarında gözəl oyun nümayiş etdirərək ikinci yeri tutublar. Oktyabrın 11-də Rusiyanın Anapa şəhərində boks üzrə  Avropa birinciliyində Əli Zamanov, Eldar Babayev, Elmir Novruzov milli komandamızın tərkibində ölkəmizi təmsil edəcəklər.

Direktor F.Aslanov ölkə rəhbərliyinə, Təhsil nazirliyinə, Sumqayıt şəhər İcra hakimiyyətinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək qeyd edib ki, “yeni tədris ilində məktəb rəhbərliyinin və kollektivinin qarşısında yeni vəzifələr durur. Onların öhdəsindən layiqincə gələcək, dövlət və şəhər rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı sayəsində bizə göstərilən etimadı doğrultmağa, yeni idman nailiyyətləri əldə etməyə çalışacağıq”.

Related Articles

050-295-94-79
top