NAZİLƏ SƏFƏRLİ JURNALİSTƏ HƏDƏ-QORXU GƏLDİ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares
“Sənə bir dənə tutuzduracam”

“Ölkə.Az” xəbər verir ki, ARB TV-nin yeni layihəsi olan “Show News”a açıqlama verən tanınmış şairə Nazilə Səfərli jurnalistə hədə-qorxu gəlib.

Jurnalist İsa Şükürovla məhkəmə prosesinə münasibət bildirərkən Nazilə, onu bağışlamayacağını da bildirib:

“O düz edib mənim adımdan yazı yazmaqla? Yaxşı, yazmısan, qarşı tərəfdən üzr istəyirsən, məni saymırsan? Mən sənin üçün burada nəyəm? Hədik qaravulçusuyam? Xahiş edirəm, bir də İsa mövzusunda qarşıma çıxmayın. İsanın İ hərfini eşidəndə mənim beynimin qapağı qalxır. Qəsdən durur hər dəfə “komment” yazır. İsa, bəsdir, ayıbdır, vallah ayıbdır. Mən sənin anan yaşındayam”.

“Məşhur simasız, niyə də yazılmasın?” sualı isə tanınmış şairəni sanki özündən çıxarıb və əlindəki çətirlə müxbiri hədələyib:

“İndi Allah haqqı bunun tərsi ilə sənə bir dənə tutuzduracam, ağlın gələr başıva! Qabaqdan gəlmişdik eləmə, çoxbilmiş. Elə vuraram ki, meyidin ora düşər”.

 

Related Articles

050-295-94-79
top