XALQ ARTİSTİ BİABIR ETDİ: “EFİRƏ LÜT ÇIXIR, ALT PALTARI GÖRÜNÜR”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov gənc həmkarlarını tənqid atəşinə tutub.

Yenicag.-a açıqlama verən diktor onların efirə uyğun geyinmədiklərini bildirib:

“Baxıram, aparıcı efirə saqqalda çıxır. Yaxud da elə geyinirlər ki, adam onlara baxanda utanıb xəcalət çəkir. Bu iradım həm qadın, həm də kişi aparıcılara aiddir. Kişi aparıcıdır, əyninə mayka geyinib veriliş aparır. Maykanın da çiyni, sinəsi, kürəyi yazılarla doludur. Qadın aparıcı isə efirə, demək olar ki, lüt çıxır, alt paltarı görünür. Tək alt paltarı yox e, bütünlüklə bədəni çöldə qalıb. Utanıram da deməyə. Ayıbdır axı, onlara milyonlar baxır. Tamaşaçıya bu qədər hörmətsizlik etmək olmaz”.

Related Articles

050-295-94-79
top