ALLAŞÜKÜR PAŞAZADƏ QAN VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.

Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.

Related Articles

050-295-94-79
top