KƏMALƏDDİN HEYDƏROVUN ÇƏTİRİ ALTINDA OLAN BAŞ HƏKİM – TELMAN İBADOV RESPUBLİKA XƏSTƏXANASINI ZƏLİL GÜNƏ QOYUB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

Baş həkim Telman İbadov problemləri həll etməkdənsə Kəmaləddin Heydərovun “adamıyam” deyib lovğalanır.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.
Rüşvətxorluqla savaşırıq, ya barışırıq?
Bu Hamletsayağı sual Klinik Xəstəxananın giriş qapılarından içəri daxil olduğu andan, buranı sağ-salamat (əgər müyəssər olarsa) tərk edənə qədər hər bir vətəndaşın beynini dələn əsas suala çevrilir. Bəlkə də kiməsə belə bir sualın ciddi problem formasında ortaya qoyulması gülünc görünə bilər. Amma bu zaman əminliklə demək olar ki, həmin insanın nə özünün, nə də yaxınlarının səhhətində heç bir problem yaşanmır. Əlbəttə, əgər siz Respublika Klinik Xəstəxanasında müayinə olunmaq və ya müalicə almaq məcburiyyətində deyilsinizsə, bu zaman korrupsiya və rüşvətxorluğa qarşı istənilən şüarı da cəsarətlə irəli sürə bilərsiniz. Əks halda isə… Əks halda isə əliniz cibinizdə, diliniz də boğazınızda olmalıdır. Hərçənd üçüncü, alternativ variant da var – xəstəniz qucağınızda qala bilər. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır. Məlum oluğu kimi dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq Respublika Klinik Xəstəxanasında bu sahədə də vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Pulunuz varsa, 10-20 manat verin, keçib xəstənizi görün. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar isə reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiklərini deyirlər: “Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır”. Ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.
Ailə neçə nəfərdən ibarət olmalıdır?
Hələ bir neçə il bundan əvvəl orta statistik Azərbaycanlı ailəsində 3-4, bəzən isə daha çox uşağın olması normal hal idi. Amma bu gün yeni ailə quran gənclər dünyaya övlad gətirmək qərarına gəlmək üçün xeyli düşünüb, götür-qoy etməli olurlar. Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin baş həkimi Zəhra Abbasovanın “iş üsulları” ilə tanış olanlar isə hətta iki dəfə düşünürlər. Belə ki, şöbəyə bitişik gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyən gənc ataların əhval ruhiyyəsində hər zaman sevinc hissindən daha çox bir narahatlıq hiss olunur. Daha çox Zara xanım kimi tanınan baş həkimin təyin etdiyi qiymətlər cədvəli isə bu narahatlığın əsassız olmadığına bir sübutdur.
Məsələn, həyat yoldaşının qeysəriyyə əməliyyatı ilə ana olacağını deyən bir vətəndaş bunun üçün həkimə 700 manat ödəməli olacaqlarını bildirdi. Lakin bu məbləğə hələ gələcək ananın xəstəxanada qalmaq pulu daxil deyil. Nisbətən daha rahat palatada qalmaq üçün xəstə əlavə 50 manat da ödəməlidir. Adi doğuş üçün isə xəstələr 400-450 manat ödəməli olurlar. Qeysəriyyə əməliyyatına girənləri isə hələ əlavə xərclər də gözləyir. Belə ki, əməliyyata girmədən öncə xəstənin yaxınlarına əməliyyat üçün lazım olan və olmayan dərmanların, preparatların böyük bir siyahısı verilir. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat pul xərclənir. Belə prosedurları keçənlər isə iddia edirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Halbuki xəstəxanalarda xəstələrə pulsuz verilən dərmanların siyahısı olur. Lakin bütün bunlar içəridə anaları gözləyən daha çətin sınaqların yanında heç nədir. Dəqiq məlumatlara görə xəstəxanada hər ananın gündəlik 15-20 manat əlavə xərci çıxır. Uşaq həkiminə, hər gün uşağa baxan növbətçi tibb bacılarına mütləq hörmət olunmalıdır. Əks halda uşağa yaxşı qulluq edilməz və ya muştuluq xətrinə hətta göbəyi də tez qoparıla bilər. Hətta otağı təmizləyən, evdən gəlmiş yemək çantasını anaya çatdıran xadiməyə də hər gün hörmət olunmalıdır. Həm də bu əlavə xərclər guya ki, Zara xanıma aid olmadığı halda, əslində şöbənin istisnasız bütün işçiləri müdirəyə gündəlik haqq çatdırmalıdırlar. Yeri gəlmişkən Zara xanımın “müəssisəsi” müştərilərə VİP xidmətlər də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda bir soyuducu və bir də televizor varsa, həm də ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa bu artıq “lüks otaq” sayılır və onun qiyməti də bir qədər fərqlidir…
Gözünüzə su verin…
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsində baş verənlər isə əslində ayrıca bir material üçün mövzudur. Sözün düzü qəzetimizin ötən saylarında biz, məhz elə bu mövzu ətrafında bir neçə məqalə də dərc etmişdik. Həmin materiallarda öz oxucularına daha çox Sövdəyar Zəngilanlı kimi tanış olan şair-publisist, tarixçi-yazıçı Sövdəyar Muradovun 2012-ci ilin 6 aprel tarixində Kliniki Xəstəxananın göz xəstəlikləri şöbəsində, həkim Qalib İsgəndərov tərəfindən sağ gözündə əməliyyat olunmasından sonra yaranmış ciddi fəsadlardan bəhs olunurdu. Belə ki, əməliyyatdan bir gün sonra, sarğılar açılarkən xəstə aşkar edib ki, onun əməliyyat olunan gözü görmür. Sövdəyar müəllim bu barədə həkimin köməkçisi olan Nərgiz xanıma da deyib. Lakin, tibb işçisi bunun müvəqqəti hal olduğunu bildirərək xəstəni arxayınlaşdırıb. Növbəti on beş gün ərzində, yəni aprel ayının 21-nə qədər Qalib həkimin rəhbərliyi ilə intensiv müalicə kursu keçilib. Lakin istifadə olunan inyeksiya və damcılar da heç bir nəticə verməyib. Sövdəyar müəllim bildirir ki, may ayına qədər heç bir irəliləyiş hiss etmədiyindən gözünü BDU-nin poliklinikasında yoxlatdırmaq qərarına gəlir. Burada aparat 2% görmə dərəcəsi müəyyənləşdirir. Bundan sonra S.Muradov gözünü Yasamal r-n 19 saylı poliklinikasında, may ayının sonunda isə Zərifə Əliyeva adına Göz İnstitutunda yoxlatdırır. Bütün hallarda görmə 2% müəyyənləşdirilir. Artıq noyabr ayında xəstə Səhiyyə Nazirliyinə müraciət edir. Nazirlikdən Poladov adlı bir nəfərlə məktubu Respublika Xəstəxanasının baş həkimi Telman İbadova göndərirlər. Az müddət sonra isə Sövdəyar Muradov baş həkim Telman İbadovun imzası ilə bir məktub alır. Həmin məktubda bildirilir ki, Sövdəyar Muradov guya ki, 3 saylı poliklinikada müalicə aldığına görə bütün iradlar da həmin müəssisəyə yönəldilməlidir. Mərkəzi Xəstəxana isə Sövdəyar müəllimin gözündəki problemə görə heç bir məsuliyyət daşımır. Hal bu ki, Sövdəyar Muradov 3 saylı poliklinikanın yerləşdiyi ərazini belə tanımır. Beləliklə baş həkim rəhbərlik etdiyi xəstəxananın və burada çalışan həkimlərin nüfuzunu qorumaq üçün saxtakarlığa əl atmaqdan belə çəkinmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə isə rəsmi sənədlərin saxtalaşdırılması 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Amma görünür həm cərrah Qalib İsgəndərov, həm də baş həkim Telman İbadov bu dəfə də cəzasız qalacaqlarına tam əmindirlər.
Davam edək..?
Əslində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da. Amma etiraf etməliyik ki, bəzi konkret hadisələri çıxmaq şərtilə, biz bu tibb müəssisəsinin fəaliyyətinə dair heç bir yeni məlumat təqdim etmiş olmadıq. Bu gün Respublika Klinik Xəstəxanasında cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti xəbərdardır. Ehtimal etmək olar ki, elə Səhiyyə Nazirliyinin rəhbərliyi də məhz bu əksəriyyətə aiddir. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? Baş həkim Telman İbadov problemləri həll etməkdənsə Kəmaləddin Heydərovun adından sui-istifadə edir. O, deyir ki, oğlum Kəmaləddin Heydərovun köməkçisidir və mənə heç kim, heç nə edə bilməz.
Mövzuya yenidən qayıdacağıq.
Telman İbadov ətrafını hansı nazirin adı ilə şantaj edir?
Baş həkimin oğlu Elçin İbadov Kamaləddin Heydərovun adından necə istifadə edir?
Elçin İbadovun FETO teror təşkilatı ilə hansı bağlantıları var?
Telam İbadov rəhbərlik etdiyi səhiyyə ocağında hansı qanunsuzluqlara yol verir?
Elçin İbadovun rəhbərlik etdiyi “PwC Akademiyası” necə FETO örgütünə çevrildi?

Azfakt.com

Xalqxeber.az

Related Articles

050-295-94-79
top