İKİ BAŞÇI YENİDƏN TƏYİNAT ALA BİLƏR – İDDİA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yenidən bir sıra rayon rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bu barədə məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, yaxın günlərdə iki rayonun – Daşkəsən və Lənkəranın icra başçıları vəzifələrindən alınacaq.

Mənbənin söylədikləri:

“Həm Taleh Qaraşovun və həm də Əhəd Abıyevin yenidən təyinatı gözlənilir. Ola bilsin ki, onlar Bakının Səbail rayonuna və Mingəçevir şəhərinə təyinat alsınlar. Hələlik müzakirə gedir”.

Xatırladaq ki, hazırda Daşkəsən RİH-ə rəhbərlik edən Əhəd Abıyevin Mingəçevir şəhər icra hakimiyyətinin başçısı postuna iddialı olması barədə əvvəlindən məlumat yaymışdıq. Taleh Qaraşova gəlincə isə, səhhətində müəyyən problemləri olan Lənkəranın şefi neçə müddətdir ki, Bakıya təyinat ala bilməsi üçün qollarını çırmayıb.

DİA.AZ

Xalqxeber.az

Related Articles

050-295-94-79
top