AZƏRBAYCAN BANKININ AXTARIŞDA OLAN SABİQ RƏİSİ MOSKVADA SAXLANILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

O, Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.

Bu barədə “Moskva” Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.

Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi “Nikoil Bank”dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.

Qeyd edək ki, məlumat ilk olaraq Report-da yayımlanıb.

 

Related Articles

050-295-94-79
top