İBRAHİM NEHRƏMLİNİN ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERİLİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “AAC” pul barədə tələb irəli sürüb.

Tələb olunan pulun məbləği açıqlanmır.

Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Avesta Konserni” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir (İbrahimov).

“Synergy Group” ASC-nin təsis etdiyi “AAC” MMC Azərbaycanda və Cənubi Qafqazda “Gobustone” brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top