BİRİNCİ KURS TƏLƏBƏLƏRİ SUMQAYITDA FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜLƏR – UNİVERSİTETƏ CƏMİi 1 GÜN GETMİŞDİLƏR…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

AYDINLIQ.AZ Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

Related Articles

050-295-94-79
top