SABİQ PROKUROR QIZI MƏHKƏMƏ ZALINDA QANDALLANDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən G. Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, q adın məhkəmə zalında qandalanıb.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı vətəndaşları aldadaraq pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

8 nəfərə zərərçəkənin şikayəti əsasında Günel Şıxıyeva barəsində cinayət işi qaldırılıb. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.

Məhkəmə dövründə zərərçəkənlər ifadələrində Günel Şıxıyevanın atası Oqtayın keçmiş prokurorluq işçisi olduğunu deyiblər.

xalqxeber.az

Related Articles

050-295-94-79
top