“YAŞIL TEATR”DAN BALOĞLAN ƏŞRƏFOVUN İTTİHAMLARI İLƏ BAĞLI – AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Yaşıl teatr” əməkdar artist Baloğlan Əşrəfovun konserti ilə bağlı deyilən ittihamlara açıqlama verib.
Teatrın direktoru Seyran Cavadov AzNews.az-a açıqlamasında bildirib ki, Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab konsert günü özünü yaxşı aparmayıb və nalayiq ifadələr işlədib:
“Təşkilatçı nə “Yaşıl teatr”a, nə də Baloğlan Əşrəfova bir manat da pul ödəməyib. Bizim aramızda müqavilə imzalanıb. Həmin müqavilədə göstərilən şərtlər var. Samir həmin şərtlərin birinə də əməl etməyib. Yazıq neyləsin, Samir aldadıb onu. Bütün günahlar Samirdədir. Teatrın işıq, qaz, su pulu var. Bu konsretdən kommunal xərclərin heç biri ödənilməyib. Konsert gününə kimi də gəlib yalvarıb. Özünü pis aparıb, nalayiq sözlər işlədib. Baloğlan müəllimi aldadıb ki, onun sponsorları var. Konsert verən sənətçi bilet satmır”.
Seyran Cavadov vurğulayıb ki, əgər təşkilatçı sözügedən konsertlə bağlı müqavilədə göstərilən şərtlərə əməl etməsə, teatr tərəfindən şirkətə qarşı hüquqi müstəvidə addım atılacaq.

Related Articles

050-295-94-79
top