OKSANA ANA OLMASINDAN DANIŞDI – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares

Hamiləlik xəbərləri ilə gündəmi alt-üst edən aktrisa-rəqqasə Oksana Rəsulovadan xəbər var.

Uzun müddət mətbuatdan hamiləlik xəbərini gizlədən Rəsulova açıqlama verib:

“Sizlərlə bölüşmək istədiyim duyğularım var… İndi ki zamana qədər, son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi, bəzi insanlar üzündən, hansıları ki Allahın öhtəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər, amma bir çoxları dəstək oldular (hər şeyi oxuyurdum). Mən onu anladım ki, insanlar necə də kobudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil), bir qadının övlad həsrətində olduğunu anlamayıb, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb nədəsə günahlandırmaq nə qədər düzgündür? Özüdə qadın hamilədirsə? Bəs Allahdan qorxu? Bəs “mən bunları deyirəm, yazıram, birdən mənim də və ya ailəmin başına bu problem gəlsə” kimi fikirlər sizi narahat etmir? Bəyəm tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki, artıq olmayacaq…Mən ümumiyyətlə, heç vaxt öz problemlərimlə tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə mənim şəxsi həyatım hər zaman maraq mərkəzində olub…əslində bu normaldır, amma düzünü yazıb düzünü desələr…maleəsef belə deyil…

Bəli, ailə həyatı qurmuşam…bəli, hamiləyəm…heç bir yerdə müsahibə verməmişəm…mənə bu son aylar “bəzi” media işçiləri və aparıcılar böyük bir stress yaşatdılar… onlar mənim daxili problemlərimi bilməyə – bilməyə yazıb şişirtdilər…onlar düşünmədilər ki, axı bu problemi onlarda yaşaya bilər…mən hirsləndim, ağladım, kövrəldim…amma bir kəlmə cavab vermədim…çünkü söz vermişdim. İndi də cavab vermirəm, mən sadəcə sizlərlə bölüşürəm…bəlkə də həyatımda birinci dəfə…Ana olmağı isə mən hər qadına arzulayıram, Allah köməyimiz olsun… Allah saf niyyətləri qəbul etsin. Amin… Allah körpələri saxlasın.
Sizdən xahişim olacaq, bundan sonra mənim ailə həyatımla bağlı suallar verməyin! Birdə ki, rəy və komment yazanda, və ya kiminsə haqqında danışanda diqqətli olun, çalışın heç kimin qəlbin qırmayın…nə vaxtsa özünüz qırıla bilərsiz.

BİG.AZ

Related Articles

050-295-94-79
top