TİBB UNİVERSİTETİN TƏLƏBƏSİ DƏNİZDƏ BOĞULDU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı Qara dəniz çimərliklərindən birində boğulub.

Girəsunun Mərkez Gürə Məhəlləsi səmtində yerləşən çimərliklərindən birinə 2 dostu ilə birlikdə sərinləməyə gedən 23 yaşlı Hüseyn Topşir dənizin dalğalı olması səbəbindən axına düşüb. O, dalğalar arasında gözdən itib. Dostları onu xilas etməyə çalışsalar da dalğaların daha da artmasına görə heç nə edə bilməyiblər. Sahildəkilər hadisə barədə xilasetmə xidmətinə məlumat veriblər. Xilasedicilər dünən sentyabrın 8-də axtarışlar aparsalar da nəticə əldə edilməyib, axtarışlar bu gün davam etdiriləcək.

Qeyd edək ki, Hüseyn Topşir bu gün Azərbaycana qayıtmağa hazırlaşırmış. Onun atası məscid imamıdır və Almaniyadakı məscidlərdən birində işləyir. (Virtualaz)

Related Articles

050-295-94-79
top