RUSİYALI MİLYARDERLƏRİN MÜLKLƏRİNƏ HƏBS QOYULACAQ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Solsberi üzrə məlumatların açıqlanmasından sonra onlarla rusiyalı milyarderlərin Britaniyadakı aktivlərinə həbs qoyula bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Daily Mail” nəşrinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, yaxın aylarda Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyi 100-dən çox əcnəbi barədə tədbir görə bilər. Onların əksəriyyətinin rusiyalı olduğu bildirilir.

Sorğu çərçivəsində xaricdə korrupsiya və ya mütəşəkkil cinayətkarlıqla əlaqələrdə şübhəli bilinən əcnəbilər məhkəmədə Britaniyadakı mülkləri hansı pulla aldıqlarını göstərməlidirlər. Bunu edə bilməsələr, hakimiyyət strukturları onların mülklərinə və aktivlərinə həbs qoyulmasını tələb edə bilər.

Nəşrin yazdığına görə, İqor ŞuvalovAndrey YakuninRoman Abramoviç, Oleq Deripaska və Elsina Xayrova Britaniyada çətinliklərlə üzləşə bilər.

Related Articles

050-295-94-79
top