BAKININ MƏŞHUR RESTORANINDAKI KÜTLƏVİ ZƏHƏRLƏNMƏYƏ GÖRƏ BİR NƏFƏR HƏBS EDİLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Tonqal”ın əməkdaşı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Bakıda məşhur restoranda istirahət edən insanların kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub. Bakı şəhər Prokurorluğundan İstiPress-ə verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

İlham İdris oğlu Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, zəhərlənmə faktı avqustun 12-də qeydə alınıb. Həmin gün  axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Related Articles

050-295-94-79
top