BAKIDAKI PARKİNQLƏRDƏ SÜRÜCÜLƏRİ ALDADIRLAR: PUL VERMƏYİN

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir”

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində əlində xüsusi aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib: “Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb.

Related Articles

050-295-94-79
top