AVROPA ŞOKDA: 380 MİN MÜŞTƏRİNİN BANK KARTI MƏLUMATLARI OĞURLANDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İngilis havayolu şirkəti olan “British Airways”in (BA) sisteminə girən xakerlər 380 min sərnişinin bank kartı məlumatlarını ələ keçirib.  AzEuroNews.com xəbər verir ki, bu barədə havayolu şirkəti məlumat yayıb. Məlumatda deyilir ki,  bu ilin 21 avqust-5 sentyabr tarixləri aralarında internet vasitəsi ilə bilet alan 380 min sərnişinin bank kartı məlumatları xakerlər tərəfindən oğurlanıb.

Şirkətin açıqlamasında qeyd edilir ki, sistemdə təhlükəsizliyin yetərli olmamasından istifadə edən xakerlər bank kartı məlumatlarını ələ keçiriblər.

“Sərnişinlərin səyahətləri ilə bağlı detallar və ya posport bilgiləri ələ keçirilməyib. Sərnişinlərdən xahiş edirik, kartlarının aid olduğu banklara müraciət edərək bu barədə məlumat versinlər” deyə şirkətdən verilən açıqlamada vurğulanır.

Məlumat üçün qeyd edək ki,  keçən il də “BA”nın kompüter sistemi çökmüş, 75 min sərnişinin səyahəti gerçəkləşə bilməmişdi.

Related Articles

050-295-94-79
top