POLİS 81 ƏDƏD SAXTA ABŞ DOLLARI AŞKARLADI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Related Articles

050-295-94-79
top