LERİKİN ŞİNGƏDULAN KƏNDİNDƏN ETİRAZ: “ODUN VERMİRLƏR, MEYVƏ AĞACLARINI KƏSİB YANDIRIRIQ”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Lerikin Şingədulan kəndi yerli məmurlara etiraz edir.
Onlar mavi qazın yoxluğundan və işıqdan əziyyət çəkdiklərini, meşədən odun ala bilmədiklərini, yerli məmurların onlara biganə münasibətindən şikayətləniblər.
Bu barədə “BBC News Azərbaycanca”ya sakinlər danışıb.
Onlar qışda nə edəcəklərini bilmirlər. Bir çoxları çarəsizlikdən həyətlərindəki meyvə ağaclarını kəsəcəyini deyir.
Eyni problemlər Astara rayonunda da yaşanır.
Astara və Lerik rayonlarının bir çox kəndlərinə hələ də təbii qaz çəkilməyib.
BBC News Azərbaycancaya Astaranın Sım, Sipiyəpart, Çükəş, Degədi, Lerikin isə Şivlə, Biləvər, Şingədulan kəndlərinin sakinləri danışıb.
Azəriqaz İstehsalat Birliyi BBC News Azərbaycancaya deyib ki, adı çəkilən kəndlərə bu il qaz çəkilməyəcək.
Qurum onu da deyib ki, dövlət vəsaiti imkan verərsə, “gələcəkdə bu kəndlərdə qazlaşdırma işləri başlaya bilər”.

Related Articles

050-295-94-79
top