ELMAR VƏLİYEVİN ADI SİLİNDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib.

AYDINLIQ.AZ sonxeber.az-a istinadən xəbər verir ki, Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yeni başçı haqqında məlumat yerləşdirilib.

Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəıs müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.08.2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qarabağ müharibəsi iştirakçısıdır.
Ailəlidir. 2 övladı var.Qeyd edək ki, eks-icra başçısı Elmar Vəliyev haqqında məlumat saytdan silinib.

Related Articles

050-295-94-79
top