AZƏRBAYCANLILARIN SAĞLAMLIĞI ÜÇÜN YENİ İMKAN

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər

Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti Ruslan Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, strategiya demək olar ki, artıq hazırdır və yaxın gələcəkdə Azərbaycan Milli Məclisinə təqdim edilməlidir.

Assosiasiya sədri bildirib ki, ilin əvvəlində 2018-2020-ci illər üçün nəzərdə tutulmuş “Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı”nın qəbul edilməsi planlaşdırılırdı, amma nazirlikdə islahatlar və turizm üzrə yeni Dövlət Agentliyinin yaradılmasına görə bu proses bir qədər yubanır:

“Ümumiyyətlə, fəaliyyət planının qəbulu prioritet olaraq qalır. Çox güman ki, inkişaf strategiyası qəbul edildikdən sonra bu sənəd təsdiq ediləcək”.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyi qəbul edib. R.Quliyev vurğulayıb ki, təşkilata rəhbərliyin Azərbaycana keçməsi ölkədə turizmin daha da inkişafına şərait yaradacaq.

Xatırladaq ki, Azərbaycan 2014-cü ildən 60 ölkənin təmsil olunduğu bu beynəlxalq təşkilatın üzvüdür.

Related Articles

050-295-94-79
top