GƏNCƏLİLƏR YENİ İCRA BAŞÇISININ YANINA ŞİKAYƏTƏ GƏLDİLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib.

AYDINLIQ.AZ baku.ws-a istinadən xəbər verir ki, qəbulda 45-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib.

Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Həmçinin fərdi məşqulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Niyazi Bayramov eyni gündə şəhər ağsaqqalları ilə də görüşüb. Görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.

Related Articles

050-295-94-79
top