YENİ ŞƏXSİYYƏT VƏSİQƏSİNİN FƏRQİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares

Sabahdan veriləcək vəsiqənin içərisinə elektron daşıyıcı – çip yerləşdiriləcək

Sabahdan verilməsi başlanılacaq yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. İstiPress-in məlumatına görə, bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı – çip yerləşdiriləcək.

Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Related Articles

050-295-94-79
top