LÜTFİ ZADƏYƏ ABİDƏ QOYULDU – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xalq rəssamı, akademik Ömər Eldarov abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırdır.

İstiPress-in məlumatına görə, “Qafqazinfo”nun əməkdaşları abidə ilə tanış olmaq üçün Fəxri Xiyabanda olublar.

Abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib.

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi.

Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Related Articles

050-295-94-79
top