AZƏRBAYCANDA PENSİYA YAŞI AZALDILA BİLƏR? – BU YAŞ HƏDDİ NƏZƏRDƏ TUTULUR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 203
    Shares
Rusiya lideri Vladimir Putinin ölkədə pensiya yaşının azaldılması ilə bağlı təklifi bizdə də bu mövzunu yenidən gündəmə gətirdi.
Azərbaycanda da bu barədə düşünməyə ehtiyac olduğuna diqqət çəkən millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında belə deyib:
“Pensiya yaşının azaldılmasına ehtiyac var. Düşünürəm ki, öncəki yaş həddi – qadınların 57, kişilərin isə 62 yaşda pensiyaya çıxması daha uyğun idi. Təqaüd yaşının azaldılması üçün sosial sahəyə ayrılan vəsait məsələsi və özəl sektorun inkişafı olduqca vacib amildir. Çünki belə olan halda şəxs təqaüdə çıxdıqda belə müəyyən özəl sektorda alternativ iş imkanları əldə etmiş olur”.
O bildirib ki, 65 yaş Azərbaycanda pensiyaya çıxmaq üçün yüksək yaş həddidir:
“İnsanların böyük əksəriyyəti dünyasını dəyişdiyi üçün bu təqaüddən yararlana bilmir. Düşünürəm ki, 65 yaş Azərbaycanda pensiyaya çıxmaq üçün yüksəkdir. Sosial sığorta sistemi zəif olduğundan, insanların müalicə imkanlarının məhdudluğu ölüm hallarının çoxalmasına səbəb olur. Rusiyada narkomaniya, alkaqolizm geniş yayılıb. Son zamanlar Azərbaycanda da bu cür problemlər var. Ölkəmizdə uyuşdurucu dərman prearatlarının bölgələrdə kütləvi şəkildə yayılması və başqa ölkələrdən narkotikin Azərbaycana yönləndirilməsi olduqca ciddi problemlər yaradır”.

Related Articles

050-295-94-79
top