RAMİL USUBOV FAZİL MUSTAFANI TƏLTİF ETDİ, DEPUTAT BELƏ TƏŞƏKKÜR ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki Ramil Usubovun əmri ilə Millət vəkili Fazil Mustafa “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasından Mia.az-a verilən məlumata görə, bununla bağlı deputat Daxili işlər naziri Ramil Usubova təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Ramil müəllim!

Bu il 100 illiyi qeyd olunan və şərəfli tarixi yol keçmiş Azərbaycan Polisi bu gün də Sizin rəhbərliyiniz altında ölkəmizdə cinayətkarlığa və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə, hüquqi dövlət quruculuğu prosesində, kriminogen vəziyyətin nəzarət altında saxlanılmasında, ictimai asayiş və sabitliyin qorunmasında, bir sözlə, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində üzərinə düşən vəzifənin öhdəsindən yüksək peşakarlıq və ləyaqətlə gəlməkdədir.

Daxili işlər orqanlarının əlamətdar yubileyi ilində məni “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif etdiyinizə görə dərin minnətdarlığımı bildirir, Siz başda olmaqla Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına möhkəm cansağlığı, şərəfli və olduqca məsul vəzifənizin icrasında davamlı uğurlar arzulayırm”.

Related Articles

050-295-94-79
top