YENİ YOL NİŞANI SÜPÜRGƏÇİLƏRİ QORUYACAQMI?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda süpürgəçi qadınların avtomobillər tərəfindən vurulması ilə bağlı qoyulan yeni yol nişanı onların təhlükəsizliyinə kömək edəcək.

Bunu Oxu.Az-a açıqlamasında yol-nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, yol kənarında işləyən Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin təhlükəsizliyini təmin etmək üçün hansısa tədbirlər həyata keçirilməldir:

“Bu nişanların olması müsbət addımlardan biridir. 100-150 metr məsafədə qoyulan nişan sürətlə gələn sürücünün diqqətini cəlb edəcək və sürəti azaldacaq. Çox asan daşınan nişandır. Bu, onu göstərir ki, adiyyəti qurumlar faktiki olaraq, təhlükəsizliklə bağlı işləri həyata keçirməyə hazırdır”.

Azər Allahverənov qeyd edib ki, xüsusi texnikaların alınmasından sonra sürətli yollarda işçilərin təhlükəsizliyi təmin olunacaq və ölüm halı azalacaq.

Related Articles

050-295-94-79
top