SƏBUHİ MƏMMƏDLİ YANAN DİSPANSERLƏ BAĞLI ŞOK FAKTI AÇDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

İşlədiyim yerdə belə Vüsalə xanım , Qabil Abbasoğlu və daha bir-iki nəfər (məncə Şahin Cəfərli də bu siyahıya daxildir) istisna olmaqla heç kim bilmirdi ki, mən də bir, hə, məhz bir gün orada müalicə olunmuşam. Ora sözün həqiqi mənasında gestapo kimi bir yer idi”.

Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratlarını bu cümlələrlə başlayıb.

TİA.AZ xəbər verir ki, jurnalistin sosial şəbəkədə paylaşdığı təəssüratlarını təqdim edirik:

“QULAQ” dakı həbs kampları belə oradan daha sivil görünürdü. Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik. İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir cəhənnəm vadisi idi.

Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşicəsinə döyülməklə nəticələnirdi.

Mən ora girdiyim günün axşamı cılız bir narkomanı o qədər döydülər ki, axşamacan uladı. Hə, zarımadı, məhz uladı. Sonra başının qanını yumaq üçün tualetə apardılar. Dəhlizdəki qan ləkələri bəlkə ora yananacan döşmədə qalmışdı.

Burada müalicə olmaq yox, dəli olacağımı anladım. Dərhal növbətçi həkimdən telefon istəyib Samirəyə zəng etdim ki, təcili məni buradan çıxarın. Mən çıxdım, az sonra ora yandı. Oradakı yeganə nurlu insan olan Azər Sadəddinov da həlak oldu. Allah rəhmət etsin. Amma gec də olsa xeyirxah insanların köməyilə özəl klinikaların birində müalicə aldim. Yenicə bitirdim. Amma buranın da oz “maralları” vardı. Həkim, qidalanma, şərait, müalicə əla idi. Söhbət oradakı pasientlərdən gedir. Çox maraqlı taleli insanlardan. Yaxşı qonorar verən olsa, yazacam”.

Related Articles

050-295-94-79
top