RUSİYADAN BAKIYA PUL GƏTİRƏN AZƏRBAYCANLILARI GÖMRÜK SAXLADI – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan vətəndaşları qanunsuz olaraq nağd pul vəsaitini təyyarəyə keçirməyə çalışıblar.

Oxu.Az xəbər verir ki, bununla bağlı Krasnoyarsk Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Krasnoyarskdan Bakıya uçmalı olan təyyarənin iki sərnişini üzərindəki pullarla bağlı hesabat verməyib. Saxlanılan qadında bəyannamədə göstərilməyən 88 min rubl (1300 dollar), kişinin üzərindən isə 73 750 rubl (1097 dollar) həcmində vəsait aşkar edilib.

Azərbaycan vətəndaşlarına qarşı “Fiziki şəxsin nağd pul vəsaiti ilə bağlı hesabat verməməsi” maddəsi ilə iş açılıb. Bu maddə cərimə və ya göstərilməyən məbləğin müsadirə edilməsi cəzasını nəzərdə tutur. Faktla bağlı araşdırmalar davam edir.

 

Related Articles

050-295-94-79
top