QADINLARIN PENSİYA YAŞI 60 OLSUN – PREZİDENTDƏN TƏKLİF

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Putin pensiya yaşının 8 il artırılmasına qarşı çıxdı

Rusiyada qadınlar 60, kişilər isə 65 yaşında pensiyaya çıxmalıdırlar. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, bunu pensiya yaşının artırılması ilə bağlı layihədən danışan zaman ölkə prezidenti Vladimir Putin deyib. Rusiya lideri əhaliyə telemüraciət edib.

O, qeyd edib ki, pensiya sistemi haqqında qanunda dəyişiklik layihəsi qadınların pensiya yaşının 8, kişilərdə isə 5 il artırılmasını nəzərdə tutur.

“Əlbətdə belə gedə bilməz. Bu doğru deyil”, deyən prezident Rusiyada qadınlara xüsusi diqqətlə yanaşıldığını qeyd edib. “Biz anlayırıq ki, onlar ancaq iş yerlərində çalışmırlar, bütün evin qayğıları, övladların tərbiyəsi, nəvələrə qulluq da onların üzərindədir”.

Onun sözlərinə görə, qadınlarda pensiyaya çıxmaq yaşının artımı kişilər üçün nəzərdə tutulandan çox olmamalıdır. Bununla əlaqədar olaraq da prezident pensiyaya çıxmaq yaşını 8 ildən beş ilə kimi azaltmağı təklif edib.

Putin həmçinin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ verən stajı da 3 ilə kimi azaltmağın lazım olduğunu bildirib. “Erkən işləməyə başlayan insanların yaşa görə, həm də staja görə pensiyaya çıxmaq hüququ olmalıdır”.

Related Articles

050-295-94-79
top