SAFURA İZLƏYİCİLƏRİNƏ ƏSƏBİLƏŞDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva izləyicilərinə əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, rəssam Ergin İnanın əsərini səhifəsində paylaşan keçmiş müğənnini ona yazılan tənqidlər özündən çıxarıb.

Safurə bildirib ki, rəssam onu izləyir və tənqidləri də oxuyur:

“O, Türkiyənin ən tanınmış rəssamlarından biridir. Başa düşmürsünüzsə, şərh yazmayın, ayıbdır. Sonra da deyirsiniz şərhləri niyə bağlayıram. Bu da sizə cavabım”.

Safurə tənqidlərə görə bütün paylaşımında şərh bölməsini bağlı saxladığını bildirib.

Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə Türkiyədə yaşayır. Cütlüyün iki övladı var.

Related Articles

050-295-94-79
top