ŞƏHRİYAR MƏMMƏDYAROVUN STATUSU OLAY OLDU – ŞAHMAT FEDERASİYASINDAN RƏSMİ AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 6
    Shares

Dünya şöhrətli şahmatçı şəhriyar Məmmədyarovun sosial şəbəkədə yazdığı status ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Yeniavaz.com saytı Azərbaycan Şahmat Federasiyasından münasibət öyrənməyə çalışıb.

Federasiyanın vitse-prezidenti Faiq Həsənov hazırda qəbulda olduğundan telefonlara cavab verməyib.

Federasiyanın nümayəndəsi Yaşar Məmmədov isə Şəhriyar Məmmədyarovun bu açıqlama ilə səhvə yol verdiyini bildirib: “Bayaqdan hamı zəng vurur, o məlumat səhv gedib. Şəhriyar hazırda dünyada 2-ci ən güclü şahmatçıdır. Şəhriyar getdiyi bütün yarışlara onu dəvət edirlər, yol pulunu, otel pulunu da onlar ödəyirlər. Bir də əlavə olaraq sponsorları Şəhriyarın əlavə pulunu verirlər, onunla gedən məşqçinin də pulunu ödəyirlər, hər şeyi təşkil edirlər”.

Yaşar müəllim Şəhriyarın bu açıqlamasının səhv olduğunu bildirib: “İnsan səhv edə bilməz? Şəhriyar 2 il bundan əvvəl olimpiadada oynayanda böyük səhv elədi, adi bir gedişi görmədi, uduzdu. Deyirsiniz yəni səhv edə bilməz? Bu mümkün olan bir şey deyil ki, Şəhriyar “bu saat Azərbaycanda 1 nömrəli şahmatçıya sponsorluq eləmirlər” deyə. Ola bilər ki, kimsə onun əvəzindən yazıb, ya müsahibə verib. Mümkün deyil ki, Azərbaycanın bir nömrəli şahmatçısına sponsorluq olunmaya. Bəlkə kimsə girib Şəhriyarın feysbuk səhifəsinə elə bir şey yazıb? İnana bilmirəm ki, Şəhriyar belə bir açıqlama verə. Axşam yəqin onunla əlaqə saxlayacaqlar. Bir səhv edib də, yazıb. Bu məsələ ilə bağlı ən dəqiq açıqlamanı isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faik Həsənov verəcək”.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov sponsorun olmadığından və yarışlara qatılmaq üçün maddi problemlər yaşadığından söz açaraq şahmatı idman növü kimi deyil gəlir mənbəyi kimi gördüyünü bildirmişdi.

Related Articles

050-295-94-79
top