SİBEL CAN VƏ OĞLU AVTOMOBİL QƏZASINA DÜŞDÜ – YARALILAR VAR+FOTOLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 19
    Shares

Müğənni Sibel Can və oğlu Emir Aksüt avtomobil qəzasına düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 16:10 radələrində Beşiktaş istiqamətində baş verib.

Hadisəyə səbəb mikroavtobus olub. Belə ki, sürətlə gələn mikroavtobus qırmızı işıqda dayanan 5 maşına çırpılıb.

İnsident nəticəsində biri uşaq olmaqla, 3 yaralı var. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Sibel Can və oğlu isə təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün xəsarət almayıblar.

“Qırmızı işıqda dayanmışdıq. Arxadan gələn mikroavtobus digər avtomobillərlə yanaşı bizə də çırpıldı. Şükür ki, təhlükəsizlik kəmərimizi taxmışdıq. Çox qorxduq”, – deyə ifaçı bildirib.

Hadisə yerinə gələn polis işçiləri araşdırma aparırlar.

Related Articles

050-295-94-79
top