MERKEL İRƏVANDADIR – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Gürcüstana iki günlük rəsmi səfərini başa vuran Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq İrəvana rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Almaniyanın hökumət başçısını hava limanında həmkarı Nikol Paşinyan qarşılayıb. Paşinyanın ilk dəfə Angela Merkel ilə görüşü iyul ayında NATO-nun Brüsseldə keçirilən zirvə sammitində olub. Bir sıra Avropa liderləri ilə yanaşı Paşinyan Merkel və Fransa prezidenti Emmanuel Makronla da danışıqlar apara bilmişdi.

Angela Merkeli səfər zamanı xarici işlər və təhlükəsilik məsələləri üzrə müşaviri Jan Heker, maliyyə və iqtisadi siyasət üzrə müşaviri Lars Xendrik Röller, Avropa Siyasəti üzrə sözçüsü Uve Korzepius, Cənubi Qafqaz üzrə aparat rəhbəri Matias Lyütenberq müşayət ediblər.

Angela Merkelin eyni zamanda Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcəyi bildirilib.

Qeyd edək ki, almaniyalı kansler Ermənistan səfəri başa çatdıqdan sonra Bakıya səfər edəcək.

Related Articles

050-295-94-79
top