İNSAN BƏDƏNİNDƏ YENİ ORQAN AŞKARLANDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Alimlər insan və siçanın immunitet sistemində kiçik orqan aşkar ediblər.
Qaynarinfo Science Alert-ə istinadən xəbər verir ki, yeni orqan vaksinasiya prosesinin daha effektiv təşkilinə səbəb ola bilər. Tədqiqatlar mikro orqanın bədənimizin immuniteti tanıma prosesində iştirakını göstərir.
Astraliyanın Qarvan Tibb Universitetinin mütəxəssisləri siçanların immunitet sisteminin üzərində nazik, düz struktur tapıblar. Struktur infeksiyaya qarşı mübarizəyə başlamaq üçün bioloji mərkəz funksiyasını yerinə yetirir və yalnız daha əvvəl qarşılaşdığı infeksiyanı gördükdə işə başlayır. Daha sonra bu hissənin insanların immunitet sistemində də mövcudluğu müəyyənləşdirilib.
Alimlər strukturun daha əvvəl tapılmamasını mikro orqanın çox nazik və yalnız müvəqqəti olaraq üzə çıxması ilə əlaqələndirirlər.

Related Articles

050-295-94-79
top