YENİYETMƏLİK YAŞINA ÇATMAYANLAR HANSI HALLARDA NİGAHA DAXİL OLA BİLƏR? – AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb.

Bizimyol.info-nun verdiyi məlumata görə, 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3 nəfər olmuşdusa, 2017-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub.

Bəs Azərbaycan qanunvericiliyinə əsasən 18 yaşından kiçik şəxslər ailə qura bilərlərmi?

Hüquqşünas Ramil Süleymanov bildirdi ki, üzrlü səbəblər olduqda nikah yaşı azaldıla bilər:

“Ailə Məcəlləsində 10-cu maddənin ikinci bəndində qeyd olunub ki, üzrlü səbəblər olduqda nikaha daxil olmuş şəxslərin yaşadıqları ərazi üzrə müraciəti əsasında nikah yaşının 1 il müddətində azaldılması mümkündür. Xanım hamilə vəziyyətdə olarsa (düzdür burada məsələ bir az problemlidir, hətta elə vaxt olur ki, hüquq mühafizə orqanları haqlı olaraq bununla bağlı araşdırma başladırlar), həkimdən hansısa xəstəliklə bağlı arayış gətirilərsə ki, sırf problem ailə quruduğu təqdirdə həll oluna bilər və s. kimi hallarda nikah yaşı 1 il azaldıla bilər. Ən geniş yayılmış təcrübə isə ondan ibarətdir ki, şəxslər 18 yaşına çatmamış nişanlanırlar (tutaq ki, hər ikisinin 18 yaşı yanvar ayının 1-də tamam olur)və ailədəki şəxslərdən birinin vəziyyətinin pis olması ilə əlaqədar həkimdən kağız alırlar. Həmin sənədləri müvafiq komissiyaya göndərərək xahiş edirlər ki, onların nikah yaşı bir il endirilsin. Bundan başqa qızların, bəzi hallarda oğlanların məcburi şəkildə nikaha girməsi halları yaşandığına görə, bununla bağlı müvafiqdövlət idarələri, mərkəzi icra hakimiyyəti orqanları konkret olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, o cümlədən İnsan Hüquqları üzrə Ombudsmandan, müxtəlif Qeyri Hökumət Təşkilatlarından (QHT) qəti şəkildə tələb edirlər ki, onlara müvafiq rəy verilməsin. Çünki bu hal sonda məişət zorakılığı, erkən hamiləlik və s. ilə nəticələnir”.

Related Articles

050-295-94-79
top