UŞAQLARIN YANINDA QURBAN KƏSMƏK OLAR? – PİSXOLOQDAN AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Bəzi insanlar uşaqların yanında qurban kəsirlər. Bu isə yolverilməzdir. Çünki bu azyaşlılarda qorxu hissinin yaranmasına, sonradan hətta şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər”.
Bu sözləri Unikal.org-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib. Psixoloqun sözlərinə görə, valideynlərin bu cür məsuliyyətsiz addımı sonradan azyaşlıların əsəblərinə mənfi təsir göstərə bilər:

“Uşaqların yanında qurbanlıq heyvan kəsərkən onlar bu addımın mahiyyətini dərk etmirlər. Valideynlər Qurban bayramı haqqında danışandan sonra azyaşlılar sonradan elə fikirləşirlər ki, Allah da nə vaxtsa onları cəzalandıra bilər. Onları da belə kəsə bilərlər. Beləliklə, onlarda bir qorxu yaranır. Valideynlər bunun fərqinə varmadan qurbanlıq qoyunu onların gözləri qarşısında kəsməklə o qorxu hislərinin onların beynində formalaşmasına təsir göstərirlər. Praktikada rastlaşmışam ki, uşaqlar gecə yuxularında qan görüb yuxuda qışqırıblar. Onların davranışında hansısa emosional davranışlar yaranıb. Bu cür uşaqların beynindəki fobiyanı psixoloqlarlar şəkil korreksiyası ilə silə bilirlər. Görün nə dərəcədə bu addım uşaqlara mənfi təsir göstərə bilir. Bəzən bu cür qorxu hissi uşaqlarda bəzi xəstəliklərin yaranmasına səbəb olur. Stressdən şəkər xəstəliyi tapan azyaşlılar da var”.
Psixoloq Aytən Ələkbərova əlavə edib ki, məsələ bununla da bitmir. Elə olur ki, uşaqlar həmin hərəkəti azyaşlı qardaş və bacılarına tətbiq edirlər:
“Uşağın əsəbinin emosiyaları oyanır. Emosiyalar da oyandıqda beynin travma çəkən yeni səbəbləri meydana çıxır. Artıq bu uşaqda psixi travmaya çevrildikdə uşaq qayçı və ya bıçağı götürüb evdə bacısına və ya qardaşına xəsarət yetirir. Nə qədər acı olsa da, biz belə hallarla qarşılaşırıq. Ona görə də valideynlər çox diqqətli olmalıdılar”

Related Articles

050-295-94-79
top