“SƏHƏR BAKIDAN HƏCCƏ GEDİB, AXŞAM YENƏ EVİMƏ QAYITMIŞAM” – ŞEYXİN QUDASI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

“Həcc ziyarətinə getmək istəyən nə qədər adam mənə müraciət etsə, onları öz vəsaitim hesabına ziyarətə göndərməyə hazıram”.

Bu fikirləri Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə “ölkə.az”a açıqlamasında bildirib.

Q.Salahzadə indiyədək yüzlərlə insanı Həcc ziyarətinə göndərdiyini deyib:

“İlk dəfə Həcc ziyarətinə 1990-cu ildə adam göndərmişəm. Həmin vaxtdan bəri 500 nəfərdən çox adamı müqəddəs Həcc ziyarətinə yollamışam. Bu ənənəni gələcəkdə də davam etdirəcəm. Artıq Həcc ziyarəti mövsümü başlayıb. Ancaq hazırda Ərəbistanda 50 dərəcə isti olduğu üçün nə özüm, nə də başqa adamları ziyarətə göndərməyəcəm. Çünki isti havada ziyarət etmək çox çətindir. Adətən mən Həcc ziyarətinə yanvar, fevral, mart aylarında adam göndərirəm. Bu dəfə də elə edəcəm. Nə qədər insan getmək istəsə, mənə müraciət edə bilər. Hamısını Həcc ziyarətinə göndərməyə hazıram. Ancaq müraciət edən adamlar da gərək isti havaya dözümü olsun. Çalışacam ki, çox yaşlı insanları ziyarətə göndərməyim. Çünki onların məsuliyyəti böyükdür”.

Sabiq deputat indiyədək 33 dəfə Həcc ziyarətində olduğunu söyləyib:

“Həcc ziyarətində olmağımın sayını itirmişəm, ya 32, ya da 33 dəfə Həcc ziyarətində olmuşam. Sonuncu dəfə isə bu ilin fevralında Həcc ziyarətində idim. Elə olub ki, mən Həcc ziyarətini bir-iki günə başa vurmuşam. Səhər Bakıdan Həccə gedib, axşam yenə evimə qayıtmışam”.

Related Articles

050-295-94-79
top