MEHMAN HÜSEYNOV ŞƏRTİ AZADIQ ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
AYDINLIQ.AZ xəbər verir ki, bu barədə Mehmanın vəkili Şəhla Hümbətova “Qafqazinfo”ya açıqlamasında bildirib.
Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.
Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

Related Articles

050-295-94-79
top