RUSİYA NÜMAYƏNDƏSİ ANKARADA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Lavrov türk həmkarı ilə qapalı görüş keçirir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Lavrov Ankarada türk həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gəlib.

Rusiyalı nazirin səfərinin məqsədi səfirlərin konfransında iştirak etməkdir. İclasdan öncə o türk həmkarı ilə görüşüb. Görüş mətbuata qapalıdır. İki nazirin görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.

Lavrovun Ankara görüşlərində iki ölkə münasibətləri ilə yanaşı, Suriyadakı vəziyyət, regional məsələlər də gündəmdə olacaq.

Related Articles

050-295-94-79
top