NAZİR KƏNDDƏ YAŞAYAN FERMERƏ VƏZİFƏ VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

May ayının əvvəli Qubada tanınmış fermer İldırım Məmmədovla görüşən kənd təsərrüfatı naziri İnam Kərimov iş adamına ictimai əsaslarla vəzifə verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, İldırım Məmmədov nazirliyin yeni yaratdığı Fermerlər Şurasının şimal bölgəsi üzrə təmsilçisi təyin edilib. Faktı təsdiq edən 69 yaşlı qubalı fermer deyir ki, özünün 50 illik təcrübəsini yeni təyin olunduğu vəzifədə tətbiq edəcək: “Mən institutda Validə Tutayuq kimi müəllimlərdən dərs almışam. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə təcrübəmi sərf etməyə hazıram”.

Qeyd eləyək ki, nazir İnam Kərimov İldırım Məmmədovla görüşmək üçün Qubanın Şabran ərazisində yerləşən Yalavanc kəndinə gəlmiş, onunla kənd təsərrüfatının inkişafı üzrə fikir mübadiləsi aparmışdı.

Related Articles

050-295-94-79
top