QUBADA TOYDA 4 YAŞLI UŞAQ YOXA ÇIXDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qubada azyaşlı uşaq toyda yoxa çıxıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a daxil olan məlumata görə, avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarından birində keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.

Related Articles

050-295-94-79
top