İŞIQ PULU NİYƏ ÇOX GƏLİR? – RƏSMİ AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yay aylarında elektrik enerjisinə tələbat artır.

Bu səbəblə, digər aylarla müqayisədə iyul, avqust aylarında elektrik enerjisindən istifadə edən abonentlər daha çox pul ödəyirlər.
“Abonentlər nə qədər enerji istifadə edirsə, o qədər də bildiş verilir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, kiminsə bununla bağlı narahatlığı varsa, müraciət edə bilərlər:

“Təbii ki, isti havalarda sərfiyyat çoxalır. May ayına nisbətdə iyul ayında elektrik enerjisinin sərfiyyatı artıb. Əksər insanın evində kondisioner var. Kondisoner işləyəndə sərfiyyat artır. Abonentlər işlətdikləri enerjinin dəyəri qədər ödəniş edirlər”.

Related Articles

050-295-94-79
top