BUZLAQLAR ƏRİYƏCƏK, DÜNYANI SU BASACAQ – QORXULU PROQNOZ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünya alimlərinin yeni tədqiqatlarına görə sürətli iqlim dəyişiklikləri qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər.

“Daily Telegraph” xəbər verir ki, qlobal istiləşmə səbəbi ilə dünyada suyun səviyyəsi 60 metrə kimi qalxa bilər.

Aparılan yeni araşdırmalara görə hətta gələcək üçün nəzərdə tutulmuş orta temperaturun 2 selsiyə kimi qalxması belə dəhşətli fəsadlarla nəticələnəcək.

Belə ki bu halda müşahidə edilən Arktik dənizində buzlaqların azalması və Amazon meşələrinin qırılması kimi “domino effekti” səbəbi ilə hər şey üçün çox gec ola bilər.

Stokholm Davamlılıq Mərkəzindən (Stockholm Resilience Centre) tanınmış professor Uil Steffen Yerin dağıdıcı iqlim dəyişikliyinə nəzarət etməyin mümkün olmadığı bir kritik nöqtəyə çatdığını söyləyib.

Related Articles

050-295-94-79
top