MARALGÖLDƏ TURİSTLƏRLƏ SÜRÜCÜLƏR ARASINDA KÜTLƏVİ DAVA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Avqustun 5-də Maralgöl qoruğunda kütləvi dava baş verib.

Mia.az xəbər verir ki, bu barədə Cebhe.info-ya dava zamanı ərazidə istirahət edən xanım turistlərdən biri məlumat verib. O, qeyd edib ki, dava qoruq tərəfindən qeyri-rəsmi şəkildə təşkil olunan istiadəyə yararsız 3 mikroavtobusda yaşanıb. Xanım turistin sözlərinə görə, əvvəlcə mikroavtobusla Maralgölə gedən turistlər arasında mübahisə baş verib, daha sonra isə kütləvi davaya çevrilib:

“İlk olaraq sərnişinlər arasında mübahisə oldu. Daha sonra isə sürücülər Maralgölə getməkdən imtina etdi. Səbəb kimi isə yolların çox pis vəziyyətdə olduğunu göstərdilər. Bu zaman sərnişinlər sürücülərlə mübahisə etdi və böyük, kütləvi davaya çevrildi. Biabırçılıq idi. Qadınların, uşaqların hamısının ağzı, burnu qan içində idi. Özü də, dövlət tərəfindən istifadəsinə qadaga qoyulmuş bu tipli mikroavtobuslar 12-16 nəfərlik olduğu halda 70 adam aparırlar. Ən pisi də odur ki, ərazidə nə bir polis, nə mühafizə, nə qoruğun nümayəndələrindən heç kəs yox idi”.

Dava zamanı ürəyi gedənlərə su, dərman verməyə qarışdığını deyən xanım turist bildirdi ki, leysan yağışı və ildırım vəziyyəti daha da çətinləşdirdi:

“Nə bir çadır, gözləmə üçün ən sadə besetka belə yox idi. Körpə uşaqlar, yaşlılar, 100-dən çox insan su içində ildirim vurma təhlüksilə üzbəüz dayanmışdıq. Bu istirmara yararsız qazel sürücüləri də insanları aşağı daşımırdılar. Sonra turistlərdən biri 102 xidmətinə zəng edərək “heç olmasa fovqəladə hallardan kimsə gəlib bizi xilas edin” deye çağırış etdi. Bu zaman sürücülər yenə turistləri söyərək yenə mübahisə etməyə başladılar. Bunların hamısını xaricdən gələn turistlər də çəkdi. Bu dəhşəti görən nə yerli, nə xarici vətəndaş bir daha heç vaxt Azərbaycana gəlməz”.

Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Related Articles

050-295-94-79
top