KAMİL ZEYNALLI: ONU GÖRSƏM, TƏPİYİMİN ALTINA SALARAM – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

ARB TV-nin “Turist” verlişinin növbəti qonağı tanınmış məşqçi Kamil Zeynallı olub.

Oxu.Az xəbər verir ki, “Fitnesi Azərbaycana mən sevdirib, tanıtmışam”, – deyən Kamil ünvanlı danışıb:

“Azərbaycanda fitnesi mən qaldırmışam. Bəlkə də, bu sözümə görə “əşi danışır da” deyənlər olacaq, amma o insanlar savadsız adamlardır. Üzümə bunu deyə bilməzlər. Amma bu faktdır ki, bu idmanı Azərbaycana mən sevdirib tanıtmışam. Efirə mən gətirmişəm. Elə bilin ki, saatın tam olmağına 11 rəqəmi var idi, 12-ci rəqəmi çatmırdı”.

O, olduqca sərt açıqlamalar verərək etdiyi hərəkətlərdən heç də peşman olmadığını dilə gətirib:

“Mən indiyə qədər kimi təhqir, tənqid etmişəmsə, əcəb etmişəm, lazım gəlsə, bir də edəcəm. Heç nədən peşman deyiləm. İstəyir jurnalisti olsun, tanınmış adam olsun, sadə adam olsun, kimi təhqir, tənqid etmişəmsə, yaxşı etmişəm.

Yaxşı at özünə qamçı vurdurmaz. Mən bu gün əziyyət çəkib bu yerə gəlmişəm ki, kimsə özünü tanımayan, şəxsiyyətsiz mənə sosial şəbəkədə artıq-əksik söz yazsın, mən də üzümü çevirib gedim o tərəfə?! Öz aləmimdə bunu özümə yaraşdırmıram. Onu həyatda da görsəm, təpiyimin altına salaram”.

 

Related Articles

050-295-94-79
top