DƏNİZ YENƏ CAN ALDI – 2 NƏFƏR BATDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Dənizdə 2 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.
1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Related Articles

050-295-94-79
top