QEYDİYYAT RÜSUMUNUN QALDIRILMASI GÜNDƏMDƏ: “BU, SADƏCƏ RÜSVAYÇILIQDIR…” – MÖVQE

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 20
    Shares

“Mobil telefonların qeydiyyat rüsumu minimum 4 dəfə, maksimum isə 30 dəfəyədək qaldırılıb. İndiyədək 5 manat olan qeydiyyat rüsumu bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olacaq. Nazirlər Kabineti (NK) bununla bağlı “Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar verib və bu qərar fiziki şəxslərin şəxsi istehlak üçün gətirdiyi telefonlara şamil olunur. Dərhal bu qərara münasibət bildirərək qeyd etmək istərdim ki bu, sadəcə rüsvayçılıqdır. Başqa bir izahat tapa bilmirəm”.

Bizimyol.info məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun qaldırılması ilə bağlı NK-nın qərarına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bu qərar sadəcə müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir:

“Kimdir bu qərarın müəllifi? Kimlər bununla bağlı NK -ya müraciət edib? Bu, sadəcə müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir. Bu addım mobil telefon bazarında kimlərinsə maraqlarını qorumaqla yeni inhisarçılıq yaratmaqdır.

Bu, insanların müasir texnologiyalara əlçatımlığımın məhdudlaşdırılması, innovasiyaların, 4G ,5G , LTE texnologiyaların inkişafının qarşısının alınmasıdır.

Bu, rəqəmsal cəmiyyətə, rəqəmsal hökumətə keçidin qəsdən ləngidilməsinə cəhddir. Ümumiyyətlə , son dövrlərdə müşahidə olunur ki, kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi olaraq narazılığının qaldırılmasında maraqlıdırlar. Heç bir normal məntiqə sığmayan addımlar atılır. İctimai müzakirələr , hesabatlılıq hədsiz azalıb. Düşünürəm ki bu qərar həm də Prezidentin son zamanlarda qəbul etdiyi rəqəmsal hökumətə keçid, innovasiyaların təşviq və tətbiq edilməsi , rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı sənədlərə tam ziddir. Fikrimcə Prezident Adminstrasiyası bu məsələyə ciddi reaksiya verməlidir. Hesab edirəm ki, hökumət nəinki bu qərarın qüvvəsini dayandırmalı, hətta bu qərarın təşəbbüsçüləri, lobbiçilik edənlər aşkara çıxarılmalı və müvafiq tədbirlər görülməlidir”.

Hüquqşünas Fərhad Mehdiyev isə məsələyə məsələyə münasibət bildirərkən bu qərarın daha çox satış məqsədi ilə ölkəyə telefon idxal edən iri şirkətlərin marağına xidmət etdiyinivurğulayıb:

“Hüquq, siyasət və ictimai maraq… Bu terminlərin hər üçü normativ tərifə sahibdir. Hər biri məzmun baxımından fərqlidir. İctimai maraq bunların ikisinin arasında yer alır. Hüquq qaydaları siyasət qaydalarından fərqlənir. Siyasətdə məqsəd sadəcə olaraq cəmiyyəti idarə etmək deyildir, eyni zamanda hüquq qaydaları daxilində idarə etməkdir, ictimai maraq daxilində idarə etməkdir və ictimai rəyi məmnun edərək bir daha seçilməyi (konstitusion hədlər daxilində) təmin etməkdir. Buradan başa düşülür ki, siyasət qaydaları həm hüquqla, həm də ictimai maraqla məhdudlaşır. Bəs Nazirlər Kabinetinin idxal olunan mobil telefonlara qoyduğu qeydiyyat rüsumu bu qaydalara uyğundurmu? Bunu yuxarıdakı qaydalara uyğun olaraq təhlil etməliyik. Nazirlər Kabinetinin bu qərarı həm ictimai marağa, həm də hüquq qaydalarına uyğun olamlıdır. Adı keçən tənzimləmə mahiyyətcə polis (mühafizə) fəaliyyətidir. Mühafizə fəaliyyəti vergilərin yığımını təmin etməyə yönələ bilər. Lakin telefonu satış məqsədi ilə idxal edən qurumların özü belə bir rüsum ödəmir. Onlar idxal etdikləri mobil telefonlar üçün Əlavə Dəyər Vergisi (ƏDV) ödəyir, sonra da satış sırasında gəlir vergisi. Qanunvericiliyə görə, vətəndaşlar üçün qiyməti 1000 dollara qədər olan şəxsi əşyaların gömrükdən keçirilməsi sırasında ƏDV ödənmir. Belə olan halda sırf onlar üçün bu qeydiyyat rüsumu hardan çıxdı? Bu cür ödənişlər ancaq qanunla tətbiq oluna biləcəyi üçün NK burada hakimiyyətlərin bölgüsü prinsipini də pozur. Normanın ictimai marağa yönəldiyini iddia etmək çətindir. Bu daha çox satış məqsədi ilə ölkəyə telefon idxal edən iri şirkətlərin marağına xidmət edir ki, bu da monopolistləri qorumağa yönələn bir siyasətdir. Ölkədə mobil telefon istehsalatı olsaydı, idxal olunanlara əlavə vergi (qanunla olmaq şərti ilə) mümkün ola bilərdi. yerli istehsalçını qorumaq üçün. Ölkə hüquqa uyğun olan siyasətlə idarə edilməlidir, özbaşına siyasətlə deyil”.

Related Articles

050-295-94-79
top