MİLLİ ARXİV İDARƏSİNDƏKİ SATINALMA POZUNTUSU AŞKARLANDI – PALATADAN PROKURORLUĞA MÜRACİƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share
Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə dövlət büdcəsindən Azərbaycan Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Auditlə ümumilikdə 6455,7 min manat vəsait əhatə olunub.
Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək idarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, bəzi xərc maddələri üzrə icra aşağı olub, xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılıb, 2016-2017-ci illərdə açılmış maliyyələşmənin 19,1%-i istifadə edilməyərək büdcəyə qaytarılıb.
Dövlət qulluqçularına ixtisas dərəcələrinin vaxtından əvvəl verilməsi nəticəsində 7 halda artıq əmək haqqı ödənilmiş, gəlir vergisi üzrə güzəşt tətbiq edilərkən “təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər” barədə müvafiq arayışlar alınmayıb, vəsaitlərdən səmərəli istifadə edilməyərək tələbatdan artıq müxtəlif adda mal-material qiymətliləri alınaraq uzun müddət anbarda saxlanılıb, xüsusi geyimlər üzrə illik tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən həmin geyimlərin alınmasına vəsait yönəldilmiş, müxtəlif markalı katriclərin bir hissəsi istifadə müddəti başa çatdıqdan sonra alınıb.
Malların satınalınması zamanı satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti, habelə satınalma prosedurlarında iştirak edən malgöndərənlərin ixtisasına dair tələblər mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməyib, keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.
Hesablama Palatasının kollegiyası Azərbaycan Milli Arxiv İdarəsitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilib.
Kollegiya həmçinin Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən müxtəlif markalı katriclərin bir hissəsinin istifadə müddəti başa çatdıqdan sonra alınması, 2017-ci ildə “Mətbəə xərcləri” paraqrafı üzrə keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsi halları üzrə müvafiq materialların Baş Prokurorluğa göndərilməsini qərara alıb.
Auditin nəticələri ilə bağlı Milli Məcliə məlumat veriib.

 

Related Articles

050-295-94-79
top