HACI MAZAN EV SAHİBİNİ DÖYDÜRDÜ, TV ƏMƏKDAŞLARINA HÜCUM ETDİ-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Xəzər TV-nin əməkdaşlarına hücum çəkib.

BakuPost xəbər verir ki, hadisə jurnalistlərin Faiq Seyfullayev adlı Bakı sakininin aldığı mənzilin sənədləri ilə bağlı yaranan problemini işıqlandırarkən baş verib. Belə ki, F. Seyfullayevin şikayətini araşdırmaq üçün onun evinə yollanan TV işçiləri az sonra Hacı Mazanla qarşılaşıblar. Məlum olub ki, həmin binanı Hacı Mazan tikib. Şikayətçinin narazılığı da məhz binanın sahibindəndir. Bunun qarşısını almaq uçun Hacı Mazan evə girərək, onlara kameranı söndürmələrini əmr edib və “mənəm buranın yiyəsi, sən kimsən, niyə girmisən bura, rüşvət almısan?” deyə qışqırmağa başlayıb. Daha sonra isə müxbirin əlindəki mikrofonu əlindən dartaraq alıb.

F. Seyfullayev bu hadisədən sonra Hacı Mazanın adamları tərəfindən döyüldüyünü iddia edib və sosial şəbəkədə canlı efirdə üz-gözündəki yumruq izlərini nümayiş etdirib. Həmin görüntüləri təqdim edirik:

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.
Unikal.org xəbər verir ki, Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək, köynəyi cırılmış halda onu Hacı Mazan və ətrafındakı şəxslərin döydüyünü bildirib.Vətəndaş iddia edib ki, iş adamı və onun ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər.Eləcə də evindəki əşyaları dağıdıblar.Bundan başqa şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn “Xəzər “televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı Hacı Mazan mikrofonu müxbirin əlindən dartaraq alır.Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışır.
Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:
“Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında “iNAM BAYRAM-M” MTK-ya məxsus binada yaşayıram.Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var.Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm.Bundan sonra tibbi-ekspert komisiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım.Məndən əlavə televiziya işçilərinə də hücum olundu.DİN-nın 102 xidmətinə də məlumat vermişəm.Ümid edirəm təqsirkarlar cəzalanacaq.”
Qeyd edək ki, Hacı  Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Related Articles

050-295-94-79
top